Rusiyanın Arxangelsk şəhərinin sakini nəqliyyat şirkətinin avtobusların hərəkət qrafikini pozmasından narazı qalaraq məhkəməyə müraciət edərək qalib gəlib.
Bakupost.az xəbər verir ki, bu barədə 29.ru məlumat yayıb.
Xəbər görə, Arxangelsk sakini 2025-ci ilin yanvarından mart ayına qədər avtobusların gecikməsi və ya təyin olunmuş vaxta çatmaması səbəbindən “Riko” nəqliyyat şirkətinə qarşı 17 iddia qaldırıb.
Kişi göstərilən zəif xidmətə görə mənəvi zərərin ödənilməsini tələb edib. Ümumi məbləğ 51 min rubl (1059 manat) təşkil edib..
Nəqliyyat şirkətinin nümayəndələri sərnişinin xeyrinə çıxarılan məhkəmə qərarından apelyasiya şikayəti vermək niyyətindədirlər.
Zaur,BakuPost