Hansı bank etibarlıdır? - SORĞU
Ru
15:29 / 23 Oktyabr 2024

Avtobus marşrutu üzrə müsabiqənin qalibləri seçildi - Adlar

624
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakı-Şəki, Bakı-Siyəzən, Sumqayıt-Tərtər, Sumqayıt-Şəki, Sumqayıt-Oğuz, Salyan-Gəncə şəhərlərarası avtobus marşrutları üzrə müsabinin qaliblərini müəyyən edib.

Bakupost.az bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə,

“Bakı-Şəki” marşrutu üzrə hüquqi şəxs “Xan Saray” MMC;

“Bakı-Siyəzən” marşrutu üzrə fiziki şəxs Quliyev Vüqar Həsənağa oğlu;

“Sumqayıt-Tərtər” marşrutu üzrə fiziki şəxs İbadov Kəniş İsmayıl oğlu;

“Sumqayıt- Şəki” marşrutu üzrə fiziki şəxs Mustafayev Elman Fərrux oğlu;

“Sumqayıt-Oğuz” marşrutu üzrə fiziki şəxs Rüstəmov Elçin Fərrux oğlu;

“Salyan-Gəncə” marşrutu üzrə fiziki şəxs Əliyev Ədalət Mirəli oğlu komissiya üzvləri tərəfindən qalib elan olunublar.

Şəhərlərarası marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir. Məqsəd sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin olunmasıdır.

Müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiqlənən “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun təşkil olunur.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar