Xəbər verdiyimiz kimi, Bakının Abbas Mirzə Şərifzadə küçəsində (İsfəndiyar Zülalov küçəsi ilə kəsişmədən Müzəffər Həsənov küçəsi ilə kəsişməyədək) 4 km-dən çox hərəkət zolağı təşkil edilib. Həmin yol sahəsində avtobus zolaqlarının tələblərinə uyğun olaraq nişanlanma xətləri çəkilib və müvafiq yol nişanları quraşdırılıb.
Bakupost.az xəbər verir ki, həmin avtobus zolağı sürücülərin, xüsusən də taksi sürücülərinin narazılığna səbəb olub.
Bununla bağlı onlar sosial şəbəkələrdə narazılıqlarını bildiriblər.
Qeyd olunur ki, yolun kənarındakı ağaclar avtobusun zolaqda hərəkətinə mane olur. Ona görə də avtobuslar yola çıxırlar.
Sürücülər deyirlər ki, bu, pul tələsidir:
“Avtobus zolağına girsək, 100 manat cərimə olunuruq. Bəs yolun kənarında dayanan sərnişini necə götürək? Haradan mindirək?”.
Daha ətraflı videoda:
Elnur
BakuPost