Ru
10:24 / 16 Sentyabr 2024

Avtobus zolağında dayanan sərnişinlərin diqqətinə - Cərimələnə bilərsiniz – FOTO

4761
Həm avtobusların intervalı gecikir, həm də tıxaclar daha da artır...

Son günlər paytaxt yollarında sıxlıq, tıxaclar daha da artıb.

Bəzən tıxacların yaranmasına, avtobusların gecikməsinə sərnişinlər səbəb olur. Məsələn, 20 Yanvar, “Bravo” marketin qarşısındakı yolda “manatlıq” taksi gözləyən vətəndaşlar avtobus zolağında dururlar. Bu isə avtobusların zolağa girməsinə mane olur. Nəticədə gecikmə, sıxlıq yaranır. Bəzən isə yolun boş olduğunu görən sərnişinlər səki ilə deyil, həmin avtobus zolağı ilə hərəkət edirlər. Demək olar ki, hər gün eyni hal yaşanır.


Bəs bu cür sərnişinlərə qarşı hansı tədbirlər görülməlidir?




Məsələ ilə bağlı nəqliyyat eksperti Eldəniz Cəfərov Bakupost.az –a açıqlama verib.

Ekspertin sözlərinə görə, bu cür piyadalar cərimə olunurlar:

“Əgər avtobus zolağına piyadalar çıxırsa, orada dayanırsa və avtomobillərin, avtobusların hərəkətinə mane olursa, bu zaman onlar 20 manat cərimə olunurlar. Dövlət Yol Patrul Xidmətinin əməkdaşları istənilən vaxt həmin piyadalara qarşı inzibati qaydada tənbeh kimi cərimə yaza bilərlər”.





Aygün Nəbiyeva
BakuPost
Şərhlər
  • Ramin

    neticeni yox sebebi mueyyen etmek lazimdir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar