Hansı bank etibarlıdır? - SORĞU
Ru
12:32 / 20 Sentyabr 2024

Avtobus zolaqları ayrıldı: bəs ictimai nəqliyyat niyə gecikir?

2410
“Şəhərlərdə operativ nəqliyyata xüsusi yol ayrılması praktikası dünyada geniş yayılıb. Avropanın istənilən şəhərində buna rast gəlmək olur. Bunuт paytaxt Bakıda da tətbiq olunması vacibdir. Hətta gecikmiş məsələdir. Sadəcə, Bakıda küçələr bir qədər dardır və yaxud azdır. Şəhərim mərkəzinə giriş və oradan çıxış yolları kifayət qədər deyil, ensizdir. Təbii ki, burada avtobus üçün yol ayıranda problemi tam həll etmək olmur. Nəzərə almaq lazımdır ki, bu gün avtobus üçün ayrılan yolların bir çoxu axıra qədər davam etmir. Hansısa küçədə yol darlaşır və avtobus yenidən ümumi xəttə çıxmalı olur. Sonra yenidən avtobus xəttinə daxili olur. Nəticədə avtobus zolaqlarının ayrılması tam effekt vermir”.



Bu fikirləri Bakupost.az -a Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov deyib.

O bildirib ki, cərimələrin 100 manata qaldırılmasına baxmayaraq, avtobus nəqliyyatının getməli olduğu zolaqlarda hansısa bir vəzifəli şəxsin avtomobili, yaxud hansısa özəl qurumun nəqliyyat vasitəsi dayanır. Nədənsə onlara cərimə tətbiq olunmur:

“Məsələn, Ziya Bünyadov prospektində, yolun müəyyən hissəsində avtobus zolaqları çəkilib. O hissədə yerləşən hər mağaza sahibi öz maşınını yolun kənarında saxlayır. Qalır bir yol və bu yoldan da həm avtobus, həm də digər nəqliyyat vasitələri istifadə edirlər. Bu kimi faktların qarşısını almadan belə islahatlar aparmaq effekt vermir. Bir də yolun müəyyən hissələrində ağac budaqları var ki, orada zolaqlar olsa da, avtobus keçə bilmir. Məsələn, Tbilisi prospektində. Hazırda bu prospektdə hərəkət iflic vəziyyətdədir”.

S.Məmmədov digər problemin velosiped yolları ilə bağlı olduğunu da vurğulayıb:

"Velosiped yolları boş qalıb. Çünki bu yollar qırıq-qırıqdır. Yəni velosipedi olan şəxs bir hissədə onu sürməlidir, sonra yolun hərəkət hissəsinə çıxmalıdır. Bu da çox təhlükəlidir. Velosiped üçün ayrılan yolların əksəriyyəti ümumi yolun hüsabına ayrılıb. Halbuki, Avropa şəhərlərində bu yollar səkilərin hesabına ayrılır. Bizdə isə velosiped yolları ümumi yolun bir hissəsini əhatə etdiyi üçün şəhərdəki tıxaclar bir az da artıb. Problem yaradan digər bir məqam isə yol ayrıclarıdır. O ayrıclar qüsurlu tikilib. Bu da yollarda tıxac yaradan əsas səbəblərdəndir. Bütün sadalananlar vəziyyəti daha da pisləşdirir. İctimai nəqliyyatda gecikmə problemi necə var idisə, elə də qalıb. Buna görə də daha dərindən düşünmək və islahatı elə şəkildə aparmaq lazımdır ki, problem daha da qəlizləşməsin, əksinə həll olunsun".

Sevinc,
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar