Ru
19:17 / 12 Mart 2025

​​Avtomobil ağaca çırpıldı - Yanğın oldu - FOTO+YENİLƏNİB

​​Avtomobil ağaca çırpıldı - Yanğın oldu - FOTO+YENİLƏNİB
Eye

Bərdə şəhərində "Chevrolet" markalı minik avtomobilinin idarəetməni itirərək ağaca çırpılması nəticəsində yanğınla nəticələnən yol-nəqliyyat qəzası baş verib.

Bakupost.az xəbər verir ki, bu barədə FHN-dən bildirilib.

Yanğın nəticəsində avtomobilin mühərrik hissəsində elektrik avadanlıqları qismən yanıb. Avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

17.33

Bərdədə minik maşını idarəetməni itirərək ağaca çırpılıb.

Bakupost.az -ın APA-ya istinadən məlumatına görə, hadisə Bərdə şəhəri ərazisində qeydə alınıb.

Qəzadan sonra "Chevrolet" markalı maşında alışma olub. Əraziyə yanğınsöndürənlər cəlb edilib. Yanğın riskinin qarşısı alınıb.

Xəsarət alan sürücü Bərdə rayon mərkəzi xəstəxanasına çatdırılıb. Xəsarəti yüngül olduğundan ilkin tibbi yardımdan sonra evə buraxılıb.

Faktla bağlı Bərdə rayon polis şöbəsində araşdırma aparılır.


Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar