Ru
10:50 / 17 Fevral 2025

Avtomobildə beşbarmaq və narkotik aşkarlandı

Avtomobildə beşbarmaq və narkotik aşkarlandı
884

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin stasionar postunda narkotik vasitənin qanunsuz dövriyyəsinin qarşısı alınıb.

BDYPİ-dən Bakupost.az -a verilən məlumata görə, YPX Alayının Salyan rayonu ərazisində yerləşən stasionar postunda “Hyundai” markalı avtomobil saxlanılıb. Sürücü A.Nadirovun qeyri-adekvat hərəkətləri şübhə doğurduğundan avtomobilə baxış keçirilib. Baxış zamanı avtomobildə qanunsuz olaraq daşınan narkotik vasitə - qurudulmuş marixuana və 1 ədəd beşbarmaq aşkarlanıb. Sürücü nəqliyyat vasitəsi ilə birgə sonrakı araşdırma üçün ərazi polis orqanına təhvil verilib.

Baş Dövlət Yol Polisi İdarəsi narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirlərinin daha da gücləndirildiyini və kriminal meyilli şəxslərə qarşı qanunla nəzərdə tutulan ən kəsərli tədbirlərin görüləcəyini bildirir.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar