Ru
20:37 / 24 İyul 2024

Avtomobildə sıxılı vəziyyətdə qalan şəxs xilas edildi - VİDEO

1697
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə İmişli rayonu, Qulubəyli kəndi ərazisində yol-nəqliyyat qəzasının baş verməsi və vətəndaşın avtomobildə sıxılı vəziyyətdə qalması barədə məlumat daxil olub.

Bakupost.az xəbər verir ki,məlumatla əlaqədar dərhal hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən müəyyən olunub ki, “Ford" markalı yük avtomobili ilə “Volksvagen " markalı minik avtomobilinin toqquşması nəticəsində yol-qəza hadisəsi baş verib və yük avtomobilinin sərnişini deformasiyaya uğramış nəqliyyat vasitəsin sıxılı vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər xüsusi vasitələrin köməyi ilə avtomobildə sıxılı vəziyyətdə qalan sərnişin, 1990-cı il təvəllüdlü Məmmədov Atamoğlan Lazım oğlunu xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.


Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar