Nizami rayonu, Heydər Əliyev prospekti ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə aprelin 10-da saat 15:10 radələrində Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunan 1974-cü il təvəllüdlü Anar Nəcəfovun müalicəsi davam etdirilir.
Bakupost.az xəbər verir ki, bu u barədə Teleqraf-ın sorğusuna cavab olaraq mərkəzdən bildirilib.
Məlumata görə, aparılan ətraflı instrumental müayinələr nəticəsində ona sol dizin kəsilmiş yarası, sağ qamış sümüyünün kondiluslardan keçən açıq yerdəyişmiş sınığı, sol bud sümüyünün kondilusunun yerdəyişmiş sınığı, döş qəfəsinin əzilməsi diaqnozları təyin edilib.
"Vəziyyəti orta-ağır olan pasiyentin yaxın günlərdə qamış sümüyünün osteosintez əməliyyatı olunması nəzərdə tutulub", - Sabunçu Tibb Mərkəzindən bildirilib.
Hadisənin hansı səbəbdən, o cümlədən, sürücünün ayağında qıcolma nəticəsində baş verməsi ehtimalına gəlincə, bununla bağlı Daxili İşlər Nazirliyində istintaq aparılır. İstintaqla bu məsələ təsdiq və ya təkzib olunacaq.
Qeyd edək ki, dünən günorta saatlarında Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində, körpü üzərində taksi avtomobili "uçuş"u xatırladan qeyri-adi qəza törədib.