Ru
11:24 / 17 Fevral 2025

Avtomobilinin mühərrikini satmaq istədi - Kiberdələduzun qurbanı oldu

Avtomobilinin mühərrikini satmaq istədi - Kiberdələduzun qurbanı oldu
747

Hacıqabul rayon sakini olan bir nəfər avtomobil mühərriki satmaq üçün elan saytlarının birində məlumat paylaşıb.

Bakupost.az -ın məlumatına görə, bir müddət sonra Rusiya Federasiyasının vətəndaşı olan və hal-hazırda Şəmkir rayonunda yaşayan Roman adlı şəxs ona mühərriki alacağı barədə geri dönüş edib və pul göndərmək üçün vətəndaşdan bank kartının məlumatlarını istəyib. Bütün məlumatları əldə etdikdən sonra isə dələduz zərərçəkənin kart hesabından 3650 manat vəsaiti digər bir karta köçürərək sonuncuya maddi ziyan vurub.

Roman İsmailov polis əməkdaşları tərəfindən müəyyən edilərək məsuliyyətə cəlb olunub.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar