Xəbər verdiyimiz kimi, son günlər əksər sürücülər avtomobillərində benzin sərfiyyatının artdığını bildirirlər. Onlar nasaz olmayan avtomobillərində belə halın baş verməsinə görə benzinin keyfiyyətində problem olduğunu səbəb göstərirlər.
Avtomobil sahəsi üzrə tanınmış bloger Elgün Xıdırov Bakupost.az -a açıqlamasında bu haqda dəqiq bir söz deməyin çətin olduğunu bildirdi.
Onun sözlərinə görə, adətən yay fəslində avtomobillərdə benzin sərfiyyatı artır və bunun da səbəbləri var:
“Yay fəsli olduğu üçün bunu ölçmək çətindir. Amma mən də avtomobilimdə hiss edirəm ki, benzin sərfiyyatı artıb. Amma bu da normaldır. Çünki maşını işə salınan kimi kondisioneri də qoşuruq.
Normalda 1 litr Aİ-92 benzinlə 1 litr Aİ-95 və 1 litr Aİ-98-in enerji dəyərləri ayrı-ayrıdır. Bu o demək deyil ki, avtomobil Aİ-95-lə işlədsə az, Aİ-92 ilə işlədsə çox yandıracaq. Normalda əksinədir, Aİ-92 daha çox enerjili yanacaqdır. Burda avro standartı artırıblar. Amma bununla bağlı əlimizdə heç bir rəqəm yoxdur. Ona görə də ehtimal etmək oilar ki, yanacaq sərfiyyatının artması sadaladığım faktorlarla bağlıdır”.
Vasif Əlihüseyn
BakuPost