Bakupost.az -ın məlumatına görə,
AY Partiyasının sədrindən mərhum eks-prezident Əbülfəz Elçibəyin köməkçisi Oqtay Qasımov şikayət edib.
Belə ki, Partiya sədri A. Əsədlinin Oqtay Qasımova 150 min dollar borclu olduğu və həmin pulu qaytarmadığı üçün ikincinin məsələni hüquqi müstəvidə həll etmək qərarına gəldiyi bildirilir. O da qeyd olunur ki, Əsədli Qasımovdan həmin məbləği iş qurmaq adı ilə borc götürüb.
Bundan başqa, Ay Partiya sədrinin 2020-ci il seçki kampaniyası dövründə Zəngilanın sabiq icra başçısı İlham Hüseynovdan 10 min dollar borc aldığı da bildirilir. Qeyd edək ki, həmin seçkilər vaxtı İlham Hüseynov Anar Əsədlinin seçki qərargahının sədri olub.
Hazırda A.Əsədlidən DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə şikayət edənlər arasında İlham Hüseynovun da adı çəkilir.
Onu da qeyd edək ki, AY Partiyanın mətbuat xidmətinin məsələ ilə bağlı yaydığı ilkin məlumatda partiya sədri A. Əsədlinin polisə çağırılmasına səbəb kimi "təşkil edilən şikayət" göstərilib. Həmçinin əlavə olunub ki, həmin şikayətlər əsasında AY Partiyaya təzyiq göstərmək istəyirlər: "AY Partiya bəyan edir ki, bu hərəkətlərlə partiyanı, onun başqanını, funksionerlərini və üzvlərini siyasi fəaliyyətdən, yürüdüyü yoldan döndərmək mümkün olmayacaq".
Məsələ ilə bağlı Oqtay Qasımovla əlaqə saxladıq.
O, Bakupost.az -a açıqlamasında bunları bildirdi: "Mənim məsələ ilə bağlı ictimaiyyətə heç bir məlumat vermək fikrim yoxdur. Kimdənsə şikayət verməyim şəxsi məsələmdir. Nə vaxt hüquq-mühafizə orqanları məsləhət bilərsə, onda da açıqlama verərlər".
Elnur
BakuPost
Həmçinin oxuyun:
Belə partiya var? Onun fəaliyyətini görən,eşidən varmı? Belə bəzəkli adları olan partoya hansı yüksəlişə start verib və ya tənəzzül edən ölkədə hansı yüksəliş? Sadəcə say artırmaq, siyahi doldurmaq!Belə mənasız,eşidilməyən və xalq arasında görünməyən "partiya"nın mövcudluğunun var.mənası olduqca qaranlıq , önün mövcudluğu əsirndə nə ölkəyə,nə xalqa heç bir əhəmiyyəti olmadığı göz önündədir.Belə yaranışlat onkişafıb öbübü alır.
Ə, bu 5-ci kolundirki.
Əbülfəz Əliyevin yan-yörəsində fırlananların 150 min dollar borc verə bilməsi,onu göstərir ki,kişinin milyonları var.Deməli, "bəyin" ətrafı heç də sakit dayanmırmış.Əllərinə keçəni arxa gün üçün arxa ciblərinə atırmışlar..