Azərbaycan Kikboksinq Federasiyasının hakimlər kollegiyasının sədr müavini, WAKO kateqoriyalı hakim Aydın Ağabəyov aprelin 26-27-də Latviyanın paytaxtı Riga şəhərində keçirilən beynəlxalq kikboksin çempionatı WAKO "2025 LATVİA OPEN"-ə ədalət təmsilçisi kimi dəvət olunub.
Bakupost.az xəbər verir ki, Aydın Ağabəyov turnirdə verdiyi ədalətli qərarlarına görə "Ən fəal hakim" mükafatına layiq görülüb.
Aydın Ağabəyova mükafatı Latviya Kikboksinq Federasiyasının prezidenti Darja Strutinska təqdim edib.