Ru
17:06 / 06 Yanvar 2025

Aygün Bəylərin bacıları arasında miras QALMAQALI

Aygün Bəylərin bacıları arasında miras QALMAQALI
1879

Bu gün Azərbaycanın mərhum müğənnisi, Əməkdar artist Aygün Bəylərin ölümünün birinci ildönümüdür.

Bakupost.az xəbər verir ki, onun bacısı Zümrüd Hümbətova Medianews.az-a müsahibə verərək ailədəki vəziyyət və bacılar arasındakı münasibətlərin gərginliyindən danışıb.

Zümrüd xanım Aygün Bəylərin il mərasiminin Yeni Suraxanı qəsəbəsindəki “Nur” mərasim zalında təşkil ediləcəyini bildirib. Lakin mərasimdə iştirak etməyəcəyini deyib:

“Sağlığında ona yaxın durmayan bacılar indi guya onu çox sevirmiş kimi camaata şou göstərirlər. Mən Aygünü ürəyimdə yaşadıram, digərləri isə göstəriş üçün nəsə edir”.

Zümrüd Hümbətova, xüsusilə bacısı Aynuru ittiham edərək, onun Aygünün ölümündən sonra bütün varidatı öz nəzarətinə götürdüyünü iddia edib:

“Anam rəhmətə gedən kimi evini satıb yedi. Qardaşım tutuldu, onun da malını-mülkünü satıb yedi. İndi də Aygün rəhmətə gedib, hər şey əlindədir. Nə istəyirsə, onu da edir. Məni hər şeydən uzaqlaşdırdılar. Halbuki Aygün Cananı mənə etibar etmişdi. İndi kənara çəkilmişəm. Kim nə istəyir, onu da edir. Aygün sağ olsaydı, hər şey başqa cür olardı. Amma indi mən onun günündəyəm. Haqqına danışıram deyə məni hər şeydən uzaq tuturlar”.

Müsahibədə Zümrüd Hümbətova Aygünün qızı Cananın vəziyyətindən də bəhs edib:

“Canan Aynur xalasının yanındadır. Amma qızımın yaşadığı mühit və gördükləri Aygünün istədiyi kimi deyil. Heç kim maraqlanmır. Hərə özü üçün çalışır”.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar