Ru
15:24 / 10 Oktyabr 2024

Aygün Mikayılova məşhur məktəbin direktoru oldu

1013
Bakı şəhəri 132-134 nömrəli Təhsil Kompleksinə yeni direktor təyin edilib.

Bakupost.az Modern.az-a istinadən xəbər verir ki, bu vəzifəyə Aygün Mikayılova gətirilib.

A. Mikayılova əvvəllər Heydər Əliyev adına Müasir Təhsil Kompleksi və Bakı Avropa Liseyində direktor vəzifəsində çalışıb.

Məlumatı məktəbdən təsdiq ediblər.

Qeyd edək ki, A. Mikayılova 1973-cü ildə Bakıda anadan olub. O, Azərbaycan dili və ədəbiyyat müəllimidir.

Xatırladaq ki, məktəbin əvvəlki direktoru Sara Xanlarova bir müddət əvvəl çalışmanın yaş həddinə çatma səbəbi ilə əmək fəaliyyətini başa vurub.

Məlumat üçün bildirək ki, Bakının mərkəzində yerləşən 132-134 nömrəli Təhsil Kompleksində 2700-dən çox şagird təhsil alır. Məktəb Bakının ən qədim təhsil müəssisələrindən biridir.
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar