“Ayın qolu” layihəsi çərçivəsində yanvar ayının ən yaxşı qolunun müəllifi olan "Kəpəz"in futbolçusu Turan Manafov mükafatlandırılıb.
Bakupost.az xəbər verir ki, ona Misli Premyer Liqasının 26-cı turunda bu gün "Sumqayıt"la görüşdən əvvəl mükafatlar təqdim olunub.
Mükafatları Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda "Azərlotereya" ASC-nin İctimaiyyətlə əlaqələr və korporativ sosial məsuliyyət üzrə rəhbəri Seymur Teymurov təqdim edib.