Nəqliyyat eksperti, texnika elmləri üzrə fəlsəfə doktoru Fərhad Eyyubov "Bakupost" TV-yə videomüsahibə verib.
O, müsahibədə nəqliyyat sahəsində mövcud olan problemlərdən, idarəetmə, yol hərəkətinin təhlükəsizliyi, sərnişindaşıma sahəsindəki nöqsanlardan danışıb. Nəqliyyat sahəsinə aid qrumların müxtəlif nazirliklərin tabeliyində olduğunu diqqətə çəkən ekspert onların arasında koordinasiyanın zəif olduğunu qeyd edib.
F.Eyyubovun sözlərinə görə, sərnişindaşıma sahəsində əsas problemlər keyfiyyətlə bağlıdır. Belə ki, marşrut xəttlərinə buraxılan avtobusların çoxunun istismar müddəti bitib, xüsusən də paytaxətrafı qəsəbələrə işləyən avtobuslar bərbad vəziyyətdədir. Ekspert avtobusların nəzərdə tutulan qrafik üzrə işləmədiyi, sərnişin sıxlığının yüksək olduğu, sərnişindaşıma sahəsində fəaliyyət göstərən şirkətlərin fəaliyyətinin şəffaf olmadığını da diqqətə çatdırıb.
Tıxacların aradan qaldırılması ilə bağlı görülən tədbirlərin səmərəsiz olduğunu vurğulayan F.Eyyubov yalnız pik saatlarda deyil, adi saatlarda da yollarda normadan artıq sıxlıq olduğunu qeyd edib. Onun fikrincə, Bakıda tıxac probleminin aradan qaldırılması elmi yanaşma və kompleks tədbirlərin görülməsini tələb edir.
Parklanma sahəsində problemlərə toxunan ekspert AYNA-nı ciddi tənqid edib. O, bu istiqamətdə qurumun atdığı bəzi addımların tamamilə yolverilməz olduğunu vurğulayıb.
Ekspert xüsusən də ikizolaqlı yollarda parklanmaya icazə verilməsi və bunun müqabilində ödəniş tələb olunmasının heç bir məntiqə sığmadığını bildirib.
Ətraflı videoda...
Zahid
BakuPost