Ru
11:54 / 21 Aprel 2025

AYNA niyə Natiq Cəfərlinin "böhtanı"na cavab vermədi?

AYNA niyə Natiq Cəfərlinin "böhtanı"na cavab vermədi?
Eye

Xəbər verdiyimiz kimi, REAL sədri Natiq Cəfərli Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) ona qanunsuz cərimə yazdığını bildirib. Onun sözlərinə görə, parkinq xidmətindən istifadə etmədiyi halda AYNA tərəfindən 20 manat cərimələnib. O, AYNA-nın aprelin 19-da yazdığı inzibati protokolla bağlı məhkəməyə müraciət edəcəyini bildirib.

Məsələ ilə bağlı AYNA ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Tural Orucov partiya sədrinin iddiası ilə bağlı sualımıza belə cavab verdi:

"Məsələ araşdırılaraq şəxsin özünə məlumat verilir. Nəticəsini özündən maraqlana bilərsiniz".

N.Cəfərlinin siyasi partiya sədri olduğunu, sosial şəbəkə və mediada AYNA-nı ciddi qanunsuzluqda ittiham etdiyi və onun haqlı olub-olmadığı barədə sualımıza isə T.Orucov cavab verməkdən imtina etdi.

Zaur,BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar