Ru
11:39 / 19 Aprel 2025

Aynişanın adından dələduzluq - FOTO

Aynişanın adından dələduzluq - FOTO
Eye

Əməkdar artist Aybəniz Haşımovanın bloger qızı Aynişan Quliyevanın adından dələduzluq edilib.

Bakupost.az xəbər verir ki, Aynişan bir şəxsin onun adından yaxınlarından pul istədiyini bildirib. O bildirib ki, teleqram vasitəsilə onun yaxınlarına mesaj göndərilib:

"Teleqramda mənim adımdan istifadə edərək tanışlarımdan və hətta anamdan belə pul alan bir dələduz var. Bu adam mən deyiləm. Zəhmət olmasa, belə bir mesaj alsanız, inanmayın, pul göndərməyin, mütləq mənimlə birbaşa əlaqə saxlayın.

Bu insan kimdirsə bizi çox yaxşı tanıyır. Anamın yanında olmadığım anı dəqiq bilir. Ən önəmlisi anamın bir sözümə inanaraq istənilən məbləği göndərəcəyini də bilir.

Hazırda polis bölməsindən yeni çıxmışıq. Rəsmi ərizə ilə müraciət etmişik və həmin şəxs artıq axtarışa verilib.

Səni mütləq tapacağıq. Və artıq burda məsələ pul deyil!".


Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar