Ru
14:53 / 11 Aprel 2025

Aysel Soltanova vəzifəsindən azad edildi

Aysel Soltanova vəzifəsindən azad edildi
Eye

"Azərbaycan Dəmir Yolları" (ADY) Qapalı Səhmdar Cəmiyyəti (QSC) sədrinin müşaviri Aysel Soltanova vəzifəsindən azad edilib.

Bakupost.az pravda.az-a istinadla xəbər verir ki, A.Soltanova fəaliyyətini bundan sonra "Azərbaycan Nəqliyyat və Kommunikasiya Holdinqi" publik hüquqi şəxsdə davam etdirəcək.

O, "Azerkosmos", "Baktelecom" və "Aztelekom" kimi şirkətlərdə çalışıb. 2023-cü ilin yanvarında ADY sədrinin müşaviri vəzifəsinə təyin edilmişdi.

Xatırladaq ki, 2024-cü ilin yayında QSC sədri Rövşən Rüstəmovun tapşırığı ilə üç xanım əməkdaşa, o cümlədən müşavir Aysel Soltanovaya "Toyota Corolla" markalı avtomobil verilməsi ilə bağlı məlumat yayılmışdı. ADY isə bu məlumat təkzib etmişdi.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar