Xəbər verdiyimiz kimi, jurnalist Əvəz Zeynallı vaxtından əvvəl azadlığa buraxılıb.
Bakupost.az xəbər verir ki, onun azadlıqda ilk fotosunu vəkil Aqil Layıc paylaşıb.
“Maşınla prokurorluğa girdi, eyni maşınla da çıxdı…”, - deyə vəkil paylaşıma şərh verib.
Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən Ə.Zeynallı külli miqdarda rüşvət alma və nüfuz alverində təqsirli bilinib.