Ru
10:25 / 22 Yanvar 2025

Azadlığa çıxdıqdan 21 ay sonra məhkəmə zalında həbs olundu

Azadlığa çıxdıqdan 21 ay sonra məhkəmə zalında həbs olundu
Eye

Şəmkir Regional Mədəniyyət İdarəsinin korrupsiyada ittiham edilən məsləhətçisi və müavini vəzifəsini icra etmiş Seymur Səfərov yenidən həbs edilib.

Bakupost.az xəbər verir ki, Gəncə Apellyasiya Məhkəməsi prokurorun protesti əsasında belə qərar qəbul edib.

S.Səfərovun şərti cəzası 3 il 6 ay müddətinə həbslə əvəz edilib. O, azadlığa buraxıldıqdan 21 ay sonra məhkəmə zalında həbs olunub.

Şəmkir Regional Mədəniyyət İdarəsinin sabiq rəisi Azər Rəcəbov və idarənin mütəxəssisi Ələkbər Əliyevin isə cəzası azaldılıb. A.Rəcəbova yekun olkaraq 10 il, Ə.Əliyevə isə 3 il 3 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib.

Xatırladaq ki, onlara daha əvvəl 10 il 6 ay və 3 il 6 ay həbs cəzası kəsilmişdi. S.Səfərov isə şərti cəzaya məhkum edilərək məhkəmə salonundan azadlığa buraxılmışdı.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar