“Azadlıq radiosu”nun Rusiya xidməti yayımı dayandırıb.
Bakupost.az “RBK” portalına istinadən xəbər verir ki, bu barədə məlumatı layihənin özü yayıb.
Məlumata görə, aprelin 15-dən sözügedən radionun rus dilində yayımı dayandırılıb. Bununla belə, yayımın hansı müddətə dayandırıldığı qeyd olunmayıb.
Bildirilib ki, “Radio Free Europe / Radio Liberty” (RFE/RL) hüquqi şəxsi ABŞ Konqresinin ölkənin Qlobal Media Agentliyinin (USAGM) qrantı vasitəsilə təqdim etdiyi vəsait hesabına maliyyələşib. Martın 14-də isə ABŞ Prezidenti Donald Tramp “USAGM” də daxil olmaqla 7 federal agentliyin yenidən təşkil edilməsi barədə sərəncam imzalayıb.
“USA Today” portalı yazıb ki, ABŞ liderinin qərarı dünya üzrə təqribən 3500 media nümayəndələrinə təsir edə bilər.
Onu da qeyd edək ki, “Azadlıq radiosu” 1950-ci ildən fəaliyyət göstərir. Şərqi və cənub-şərqi Avropa ölkələrində rus dilində yayım isə 1953-cü il martın 1-dən başlayıb. “RFE/RL”in baş qərargahı Praqada yerləşir.