Ru
16:25 / 24 İyul 2024

“Azadlıq Rezidens”in qarşısında zibillik - Yenilənib-FOTO

6643
***
12:40

Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, “Azadlıq Rezidens” yaşayış kompleksinin binalarının qarşısında anti-sanitariya vəziyyəti hökm sürür.

Bakupost.az -a şikayət edən sakinlər bildiriblər ki, zibil qutuları vaxtı-vaxtında boşaldılmır. Ona görə də ərazidə zibillər qalaqlanır. Havalar isti keçdiyindən zibillikdən qalxan üfunət ətrafı bürüyür.

Sakinlərin sözlərinə görə, onlar məsələylə bağlı dəfələrlə Binəqədi rayon İcra Hakimiyyətinə şikayət ediblər. Hər dəfə də oradan qəribə cavab alıblar. İcra hakimiyyətindən detyirlər ki, maşın xarabdı, işçi qüvvəsi yoxdur.

Sakinlər deyir ki, 3-4 aydır "zibil pulu"nu özbaşına 1 kv. metr üçün 30 qəpikdən 45 qəpiyə qaldırıblar:

"Ancaq arada heç bir müqavilə yoxdur. Bir sözlə, pul yığmaqla məşğuldurlar. Yayın istisində ərazidə qalaqlanan zibilliyin üfunətindən dayanmaq omur. Qarşıda “COP29” kimi beynəlxalq tədbir var. Bu cür mühüm tədbir ərəfəsində paytaxt Bakıdakı bu mənzərə çox acınacaqlıdır".
Qeyd edək ki, “Azadlıq Rezidens” yaşayış kompleksi Binəqədi İcra Hakimiyyətinin yaxınlığında yerləşir.

Məsələ ilə bağlı Binəqədi İcra Hakimiyyətinə sorğu ünvanladıq.

Bildirildi ki, araşdıırlıb, tədbir görüləcək.

***
16:25

Binəqədi İcra Hakimiyyətindən Bakupost.az -a bildirildi ki, məsələ artıq həll olunub:


"Binəqədi rayonunda qeyd edilən ünvanda yaranmış antisanitar vəziyyət polisin müşayəti ilə əraziyə cəlb olunan aidiyyatı dövlət orqanları tərəfindən aradan qaldırılıb".






Vasif Əlihüseyn
BakuPost
Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar