Ru
10:39 / 17 Dekabr 2024

AZAL bu sahə üzrə işçilər yığır - VAKANSİYALAR

AZAL bu sahə üzrə işçilər yığır - VAKANSİYALAR
Eye

Azerbaijan Airlines

Regional Hava Limanları üzrə HHİ (Hava Hərəkətini İdarəetmə) Dispetçeri

Son tarix 14 yan 2025 - Müraciət et

Təsvir:
Lənkəran Hava Limanı, “Lənkəranaeronaviqasiya”
Gəncə Hava Limanı, “Gəncəaaeronaviqasiya”
Qəbələ Hava Limanı, “Qəbələaeronaviqasiya”
Naxçıvan Hava Limanı, “Naxçıvanaeronaviqasiya”
Füzuli Hava Limanı, “Füzuliaeronaviqasiya”
Zəngilan Hava Limanı, “Zəngilanaeronaviqasiya”
Xaçmaz Dispetçer məntəqəsi
Vəzifə öhdəlikləri:

Hava hərəkətini idarəetmə dispеtçеri öz məsuliyyət zonasının müəyyən olunmuş sərhəd hüdudlarında radiotexnika və radiоlоkasiya vasitələri istifadə edərək hava gəmilərinin hərəkətini idarə еtmək;
Hava gəmilərinin hərəkətinin idarə оlunması prоsеsində hava hərəkətinin təhlükəsizliyinə dair, hərbi hava qüvvələrı və hava hərəkətinin idarə оlunması üzrə qоnşu dispеtçеr məntəqələri ilə qarşılıqlı əlaqədə işləmək;
Hava gəmilərinin hеyətlərinə uçuşun yеrinə yеtirilməsi haqqında dəqiq və vaxtında zəruri göstərişlər və məlumat vеrmək;
Nəzarət еtdiyi yaхın zоnalarda hava və mеtеоrоlоji vəziyyəti öyrənib təhlil еdir, hava gəmilərinin təhlükəli mеtеоtəzahür zоnasına daxil olmasının qarşısını almaq üçün tədbirlər görmək;
Hava gəmilərinin təhlükəsiz hərəkəti təmin оlunmadıqda hava gəmilərinin hеyətlərinə uçuşların yеrinə yеtirilməsini qadağan еtmək.

Tələblər:
Vətəndaşlıq: AR vətəndaşı olmaq;
Təhsil: Ali Aviasiya ixtisas təhsili;
Dil bilikləri: Azərbaycan – səlis, İngilis – ICAO üzrə 4-cü səviyyə aviasiya ingilis dili bilikləri;
Analitik düşüncə qabiliyyəti;
Məsuliyyət və intizamlı olmaq;
Komandada çalışmaq bacarığı.
Əlavə qeydlər:

Təyinatı üzrə işləyəcəyi bölgə sakini olan namizədlərə üstünlük veriləcək;
DMAA-nin Dispetçer üzrə Şəhadətnaməsi olan namizədlərə üstünlük veriləcək.


“Füzuliaeronaviqasiya” Brifinq-ofis dispetçeri
Son tarix 28 dek 2024 Müraciət et

Təsvir:

HG heyətindən və ya aviaşirkət nümayəndəsindən FPL uçuş planının qəbul edilməsi, onun formata uyğunluğunun, düzgün və tam doldurulmasının yoxlanılması və uçuş planının xarici dövlətlərin AİP-də göstərilən tələb olunan ünvanlara göndərilməsi;
Zəruri olduqda, FPL-in hava hərəkəti xidməti məqsədləri ilə münasib şəkildə işlənməsi üçün tədbir görülməsi, tərtibatçıya uçuş planının qəbul edilməsi və ya ona düzəlişlər edilməsi haqqında məlumat verilməsi;
FPL ilə assosiasiya olunan məlumatların (JHG, DLA, JNL, DEP, ARR, RQP, RQS, SPL, AFİL) vaxtında qəbul edilməsi və təminatının həyata keçirilməsi;
APL və onunla assosiasiya olunan məlumatların təminatı məsələlərinə dair Eurocontrol ilə qarşılıqlı əlaqənin həyata keçirilməsi;
HG heyətinə AMetM tərəfindən hazırlanmış meteoroloji bülletenin təqdim edilməsi;
HG heyətinə uçuşqabağı informasiya-konsultasiya xidmətinin təqdim edilməsi;
Uçuşların sutkalıq planının hazırlanması.

Tələblər:

Vətəndaşlıq: Azərbaycan Respublikası vətəndaşı olmaq;
Təhsil: Ali ixtisas təhsili;
Dil bilikləri: Azərbaycan – səlis, İngilis – orta, Rus – orta;
Kompüter bilikləri (Word, Excel);
Ünsiyyət Bacarıqları (Yazılı və Şifahi);
Danışıqların Aparılması Bacarığı;
Qərar Vermə Bacarığı;
Problemi Həll etmə Bacarığı;
Dəyişikliklərə Uyğunlaşmaq Bacarığı;
Komandada İşləmə Bacarığı;
Məsuliyyət və intizamlı olmaq;
Komandada çalışmaq bacarığı.
İş şəraiti:

İş qrafiki: Növbəli;
İş yeri - Heydər Əliyev Beynəlxalq Hava Limanı.
Vakansiya haqqında:

Vakansiya növü Tam ştat

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar