Ru
11:05 / 04 Yanvar 2025

AZAL-ın təyyarəsinin "qara qutu"larının təhlilinə başlanıldı

AZAL-ın təyyarəsinin "qara qutu"larının təhlilinə başlanıldı
1322

Braziliyanın Aeronavtika Komandanlığının texniki mütəxəssisləri Aktauda qəzaya uğrayan "Azərbaycan Hava Yolları"na (AZAL) məxsus təyyarənin "qara qutuları"nın deşifrə olunmasına başlayıblar.

Bakupost.az xəbər verir ki, bu abrədə Braziliyanın G1 portalı məlumat yayıb.

"Qara qutu"lardan əldə edilən məlumatlar Qazaxıstan Hava Qəzalarının Təhqiqat Departamentinə veriləcək. Məlumatların deşifrə olunmasında Qazaxıstandan olan 3 müstəntiq, o cümlədən Azərbaycan və Rusiyadan olan nümayəndələr iştirak edirlər.

Xatırladaq ki, "Azərbaycan Hava Yolları"nın (AZAL) Bakı-Qroznı reysini həyata keçirən "Embraer 190" təyyarəsində 62 sərnişin və 5 ekipaj üzvü - ümumilikdə 67 nəfər olub. Təyyarənin qəzaya uğraması nəticəsində 38 nəfər həlak olub, 29 nəfər yaralanıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar