Qazaxıstan Nəqliyyat Nazirliyinin Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğramasının ilkin hesabatında bir sıra vacib məqamlar yer alıb.
"
Bakupost.az xəbər verir ki, hesabatda “Xalça” planının Rusiyada necə tətbiq olunduğu açıqlanıb
Təyyarənin göyərtəsində problemlər saat 05:13-də qeydə alınıb, saat 05:21-də isə “Xalça” planı elan olunub.
Qazaxıstan Nəqliyyat Nazirliyinin hesabatında deyilir ki, AZAL-ın təyyarəsinin Aktauda qəzaya uğramasından əvvəl aviadispetçerlər Qroznıda “Xalça” planının tətbiqi ilə bağlı xəbərdarlıq ediblər. Orada həmçinin qeyd olunur ki, təyyarədə xarici əşyaların konstruksiyaya daxil olmasını göstərən zədə aşkar edilib.
Rusiya mediası “Xalça” planının qabaqcadan elan olunduğunu açıqlasa da, məlum olub ki, bu plan Azərbaycan təyyarəsi vurulduqdan sonra elan edilib.