Ru
20:06 / 04 Fevral 2025

AZAL təyyarəsinin qəzası... - İlkin hesabat açıqlandı

AZAL təyyarəsinin qəzası... - İlkin hesabat açıqlandı
637

Qazaxıstan Nəqliyyat Nazirliyi yaxın günlərdə Aktau Hava Limanı yaxınlığında AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı ilkin hesabatı dərc etmək niyyətindədir, mütəxəssislərin işi son mərhələdədir.

Bakupost.az xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat naziri Marat Karabayev mətbuat konfransında deyib.

“İşlər son mərhələdədir, yaxın günlərdə ilkin hesabatın rəsmi olaraq saytımızda dərc olunacağını gözləyirik. Mütəxəssislərin işlərini başa çatdırması üçün vaxt lazımdır, çox incə və əziyyətli işdir”, - o bildirib.

O qeyd edib ki, araşdırma işlərində Qazaxıstan, Braziliya, Rusiya və Azərbaycandan mütəxəssislər iştirak edir.

***

Qazaxıstan Nəqliyyat Nazirliyi “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkətinə məxsus "Embraer-190" təyyarəsinin iştirakı ilə baş vermiş aviasiya hadisəsinin araşdırılması üzrə ilkin hesabatı dərc edib.

Hesabatda deyilir ki, Aktau hava limanı yaxınlığında qəzaya uğrayan “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin korpusuna ilkin baxış zamanı ekspertlər tərəfindən çoxsaylı dəliklər, həmçinin yad metal əşyalar aşkar edilib və onların ekspertizası davam etdirilir.

"İstintaq Komissiyası hava gəmisinin konstruksiya zədələrinin ətraflı müayinəsini davam etdirir. İlkin yoxlamalar zamanı füzelyajın arxa hissəsində, şaquli və üfüqi stabilizatorlarda, sükan və istiqamət sükanlarında müxtəlif ölçü və formalı çoxsaylı dəlik və dəliksiz zədələr aşkar edilib. Oxşar zədələr hava gəmisinin sol mühərriki, sol qanadı, eləcə də digər aqreqat və komponentlərində də müəyyən olunub. Bəzi zədələrin düzgün düzbucaqlı formaya malik olduğu qeyd edilir", - deyə bildirilib.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar