Ru
13:54 / 03 Mart 2025

Azər Kələntərli vəfat etdi - FOTO

Azər Kələntərli vəfat etdi - FOTO
Eye

Tanınmış neftçi-alim Aydın Kələntərlinin oğlu Azər Kələntərli vəfat edib.

Bakupost.az xəbər verir ki, bu barədə onun oğlu sosial şəbəkədə məlumat verib.

Bir vaxtlar Bakıdakı ən böyük özəl nəşriyyatın sahibi olan Azər Kələntərli qəfil vəfat edib.

Qeyd edək ki, 2010-cu ildə paytaxtdakı genişmiqyaslı söküntü işləri zamanı Kələntərli ailəsinə məxsus nəşriyyat da sökülüb. Həmin vaxt onlar Əmlak Məsələləri Dövlət Komitəsinə qarşı 3 milyonluq iddia qaldırıblar. Bununla yanaşı həmin dövrdə ailə Azərbaycanı tərk edərək ABŞ-yə köçüb. Bir müddət sonra isə Azər Kələntərlinin 3 oğlundan ikisi ABŞ-nin Ohayo şatatında maliyyə fırıldağı ilə əlaqədar həbs olunublar. Onlar 7 milyonluq kredit fırıldağında ittiham ediliblər.


Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar