"Dünəndən daha ciddi müalicə kursları başlayıb".
Bakupost.az xəbər verir ki, bunu Türkiyənin İstanbul şəhərində yerləşən Hisar Beynəlxalq Hospitalda müalicə alan tanınmış jurnalist, siyasi icmalçı Azər Rəşidoğlu bildirib.
"Ən müasir avandanlıqlar ixtiyarımıza verilib. Heydər Əliyev Fondu hətta ən kiçik problemləri saniyələr içində həll edir. Türkiyədə yaşayan bir çox ziyalılarımız məni ziyarət etmək istəyir. Həkimlərimə tam təslim olduğum üçün hələ imkan edə bilmirəm. Azərbaycanımla fəxr edirəm!", - deyə A.Rəşidoğlu vurğulayıb.
Qeyd edək ki, Azər Rəşidoğlunun müalicə xərclərini Heydər Əliyev Fondu üzərinə götürüb. O, onkoloji xəstəlikdən əziyyət çəkir.