Ru
11:03 / 25 Mart 2025

Azər Rəşidoğlunun müalicəsi başladı – "Azərbaycanın diqqətini hər saniyə hiss edirəm"

Azər Rəşidoğlunun müalicəsi başladı – "Azərbaycanın diqqətini hər saniyə hiss edirəm"
Eye

Jurnalist Azər Rəşidoğlunun İstanbulda Hisar Beynəlxalq Hospitalda müalicəsi başlayıb.

Bakupost.az xəbər verir ki, bu barədə o, Teleqraf-a məlumat verib.

"Dünən ilk müalicə kursunu aldım. Məni xəstəxanada çox yüksək səviyyədə qarşıladılar. Heydər Əliyev Fondunun nümayəndələri müalicəmi daim diqqətdə saxlayırlar. Hər saniyə Azərbaycanın diqqətini hiss edirik. Kiçik bir problem olan kimi dərhal həll edirlər.

Müalicə yeni başladığına görə həkimlər hələ konkret fikir bildirmirlər. Analizlər vermişəm, onların cavabı bir az gec bilinir. İnşallah hər şey yaxşı olacaq. Əmin əllərdə olduğuma əminəm, çünki çox güclü həkimlərdir. Həkimlərin bütün tapşırıqlarına əməl edirəm və inşallah nəticə yaxşı olacaq.

Əhvalım da yüksəkdir. Xəstəxanaya yaxın ərazidə yerləşən oteldə qalırıq. Müalicə üçün də tez-tez Türkiyəyə gedib gələcəm”, - deyə A.Rəşidoğlu bildirib.

Qeyd edək ki, Azər Rəşidoğlunun müalicə xərclərini Heydər Əliyev Fondu üzərinə götürüb. O, onkoloji xəstəlikdən əziyyət çəkir.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar