Ru
12:04 / 09 Oktyabr 2024

"Azərbaycan-ABŞ münasibətlərində gərginlik davam edəcək" - Politoloq

"Azərbaycan-ABŞ münasibətlərində gərginlik davam edəcək" - Politoloq
1867

“Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı mövqeyi ilə ABŞ-ın yanaşmaları üst-üstə düşmür. Onların mövqeyi bizim dövlət və milli təhlükəsizlik maraqlarımıza cavab vermir”.




Bunu Bakupost.az -a politoloq Elşən Manafov deyib.

O bildirib ki, ABŞ-ın yanaşmaları Rusiya və Çinin maraqlarına qarşı formalaşıb. Azərbaycan Rusiya ilə Şimal-Cənub dəhlizini reallaşdırır, digər tərəfdən Çinin "Bir kəmər, bir yol" layihəsinə dəstək verir:

"ABŞ-ın Orta dəhlizlə bağlı yanaşmlarını bölüşmək Azərbaycanın bəlli dövlətlərlə problemlərinin yaranmasına gətirib çıxara bilər. ABŞ bölgədə təsir rıçaqlarını işə salmaq üçün Ermənistandan da istifadə edir. Ermənistan iqtidarı ABŞ-ın dəstəyi ilə hakimiyyətə gəlib”.


Politoloq qeyd edib ki, Azərbaycan hakimiyyətinin beynəlxalq hüquqa əsaslanaraq, ABŞ-la münasibətlərə yenidən baxmaq səlahiyyəti var:


“ABŞ Azərbaycana qarşı qərəzli mövqe sərgiləyir. Sülhü təşviq etdiklərini desələr də, Ermənistanı silahlandırırlar. Təbii ki, Azərbaycan hakimiyyəti bütün bunlara göz yuma bilməzdi. Mövcud Bayden administrasiyası dövründə münasibətlərdə bu gərginliyin qalacağını gözləmək olar".

Sevinc,
BakuPost

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar