Ru
17:00 / 19 Fevral 2025

Azərbaycan “Avroviziya 2025”də bu mahnı ilə təmsil olunacaq - VİDEO

Azərbaycan “Avroviziya 2025”də bu mahnı ilə təmsil olunacaq - VİDEO
869

Mamagama Azərbaycanı “Avroviziya 2025”-də “Run with U” Mahnısı ilə təmsil edəcək.

Bu barədə Bakupost.az -a İctimai Televiziyadan məlumat verilib.

Bildirilib ki, mahnının sözləri Asəf Mişiyevə (Saphael Mishi), musiqisi isə Asəf Mişiyev (Saphael Mishi), Həsən Heydər (KHVS) və Roman Zilianevə (Roman Zee) aiddir.

Mahnının artıq rəsmi klipi də təqdim olunub. Futuristik üslubda çəkilmiş rəsmi klipdə Azərbaycanın Avroviziya tarixində iştirak etmiş sənətçilər də yer alıb.

Həmçinin builki çıxışda ilk dəfə olaraq saz milli musiqi alətindən də istifadə olunacaq.

https://youtu.be/upbiPJ9uA70

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar