Ru
18:42 / 20 Yanvar 2025

Azərbaycan Bolqarıstana qaz nəqlini bərpa etdi

Azərbaycan Bolqarıstana qaz nəqlini bərpa etdi
Eye

Azərbaycan Bolqarıstana qaz nəqlini bərpa edib.

Bu barədə Bakupost.az Bolqarıstanın təbii qaz tədarükçüsü “Bulgargaz” şirkətinin bəyanatına istinadən xəbər verir.

“Azərbaycanla uzunmüddətli müqavilə əsasında Bolqarıstana qaz tədarükü bazar günü, yanvarın 19-da bərpa edilib”, - şirkət yanvarın 20-də bildirib.

Xəbər verdiyimiz kimi, “Bulgargaz” ötən həftə Azərbaycanın texniki səbəblərdən yanvarın 7-dən etibarən Bolqarıstana qaz nəqlini müvəqqəti dayandırdığını açıqlamışdı.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar