Ru
18:54 / 15 Fevral 2025

Azərbaycan cüdoçusu qızıl medal qazandı

Azərbaycan cüdoçusu qızıl medal qazandı
846

Bakıda keçirilən Böyük Dəbilqə turnirində Azərbaycan cüdoçusu Zelim Tçkayev qızıl medal qazanıb.

Bakupost.az -ın məlumatına görə, 81 kq çəki dərəcəsində yer alan Tçkayev finalda kanadalı Qotye Drapo ilə üz-üzə gəlib.

Rəqibinə qalib gələn Tçkayev qızıl medal qazanıb.

Bu çəki dərəcəsində Azərbaycanın digər təmsilçisi Ömər Rəcəbli isə bürünc medal uğrunda qarşılaşmada bəhreynli Askerbey Gerbekova uduzaraq, 5-ci yeri tutub.

Beləliklə, Azərbaycan millisi Böyük Dəbilqədə medal sayını 5-ə çatdırıb. Bu gün 73 kq çəki dərəcəsində Rəşid Məmmədəliyev gümüş, Vüsal Qələndərov bürünc medal qazanıb. Ötən gün isə Əhməd Yusifov 60 kq, Elşən Əsədov isə 66 kq çəkidə bürünc medal əldə ediblər.



Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar