Ru
22:22 / 27 İyul 2024

Azərbaycan “France 2” telekanalından BOK-a şikayət edəcək

Azərbaycan “France 2” telekanalından BOK-a şikayət edəcək
Eye

Azərbaycan Fransanın “France 2” telekanalında Olimpiya Oyunlarının açılış mərasiminin canlı yayımı zamanı Bakının ünvanına səsləndirilən fikirlərlə bağlı Beynəlxalq Olimpiya Komitəsinə (BOK) şikayət edəcək.

Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycanın Milli Olimpiya Komitəsinin (MOK) vitse-prezidenti Çingiz Hüseynzadə bildirib.

“Şikayət hazırlanır, Hazırda onun mətni tərtib edilir, bu gün şikayəti BOK-a göndərməyə çalışacağıq”, - Ç.Hüseynzadə bildirib.

O əlavə edib ki, Milli Olimpiya Komitəsi şikayətin mətnini öz kanalları vasitəsilə yayacaq.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar