Ru
16:40 / 21 Aprel 2025

"Azərbaycan güzəştə getməsə, Paşinyanı devirəcəklər" - Tofiq Zülfüqarov

"Azərbaycan güzəştə getməsə, Paşinyanı devirəcəklər" - Tofiq Zülfüqarov
Eye

“2026-cı ildə Ermənistanda parlament seçkiləri keçirilməlidir. Artıq bu ilin əvvəlindən seçkilərə hazırlıq başlayıb. Müxalifət partiyaları revanşist ideyaları təbliğ edib cəmiyyətin dəstəyinə nail olmaq istəyirləe. Görünən odur ki, seçki ərəfəsində Ermənistanda vəziyyət gərginləşəcək”.

Bunu Bakupost.az -a sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.

O bildirib ki, Ermənistanda vəziyyət gərginləşəcəyi təqdirdə Paşinyanın aqibətinin necə olacağı məlum deyil:

“Azərbaycan güzəştə getməsə, revanşistlər Paşinyanı devirəcəklər. O devrilsə, nə olacaq ki? Paşinyan bir neçə dəfə zərbə aldıqdan sonra reallığa qayıtmağa məcbur olub. Bundan sonra onun atdığı addımlar bizi maraqlandırmır. Sözsüz ki, növbəti dəfə səhv yolu seçsələr, yenə məğlub olacaqlar”.

Sevinc,
BakuPost

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar