Ru
12:21 / 27 Dekabr 2024

Azərbaycan Kadırovun yardım təklifini RƏDD ETDİ

Azərbaycan Kadırovun yardım təklifini RƏDD ETDİ
2932

Çeçenistan rəhbəri Ramzan Kadirov təyyarə qəzasında zərərçəkənlərə və onların ailələrinə maddi yardım ayrılması barədə göstəriş verib.

Bakupost.az "Operativ Media"ya istinadən xəbər verir ki, Azərbaycan Prezident Administrasiyası bundan imtina edib.

"Azərbaycanın heç bir köməyə ehtiyacı yoxdur. Nə dövlət, nə də vətəndaşlar belə yardımı qəbul etməyəcəklər. Biz vətəndaşlarımıza lazımi yardımları göstəririk və göstərəcəyik. Azərbaycan faktın qəbul edilməsini, üzr istənilməsini və müvafiq təzminatın ödənilməsini tələb edir", - mənbə bildirib.

Qeyd edək ki, 25 dekabrda Bakı-Qroznı reysini həyata keçirən AZAL təyyarəsi Qroznı səmasında Rusiya HHM sistemləri tərəfindən vurulub və ciddi zədə alıb. Enişinə icazə verilmədiyindən Aktauya istiqamət götürən təyyarə Aktau hava limanı yaxınlığında qəzaya uğrayıb. Qəza nəticəsində göyərtədə olan 67 nəfərdən 38-i həlak olub, 29 nəfər sağ qalıb.

Şərhlər
Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar