Ru
16:34 / 19 Fevral 2025

Azərbaycan millisi Qazaxıstana qalib gəldi

Azərbaycan millisi Qazaxıstana qalib gəldi
883

Bu gün Azərbaycan U-17 millisi UEFA İnkişaf Kubokunda 3-cü oyununa çıxıb.

Bakupost.az xəbər verir ki, yığmamız Belarusun paytaxtı Minskdə təşkil olunan turnirdə Qazaxıstanla qarşılaşıb və 2:1 hesabı ilə qalib gəlib.

Milimizin heyətində qolları 57-ci dəqiqədə Əhməd Vəliyev və 66-cı dəqiqədə İmran Süleymanzadə vurub.

Qeyd edək ki, millimiz turnir çərçivəsində keçirdiyi ilk iki matçında Rusiyaya (0:3) məğlub olub, İrana (1:0) qalib gəlib.

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar