Ru
20:23 / 08 Noyabr 2024

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirildi - VİDEO

Azərbaycan Ordusunda andiçmə mərasimləri keçirildi - VİDEO
Eye

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2024-cü ilin hazırlıq planına uyğun olaraq, noyabrın 8-də Azərbaycan Ordusunda gənc əsgərlərin andiçmə mərasimləri keçirilib.

Bakupost.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.


Hərbi orkestrin müşayiəti ilə döyüş bayrağının təntənəli surətdə sıra meydanına gətirilməsindən sonra tədbirlər açıq elan olunub.

Gənc əsgərlər Hərbi andı qəbul edərək Vətənə sadiq olacaqlarına söz veriblər.

Tədbirlərdə Müdafiə Nazirliyinin nümayəndələri və hərbi hissələrin komandir heyəti çıxış edərək andiçmə mərasiminin 8 Noyabr - Zəfər Gününə təsadüf etməsini xüsusi vurğulayaraq, döyüş əməliyyatlarında qazandığımız qələbələrin tarixi əhəmiyyətindən danışıblar. Vətənimizin müdafiəsində ayıq-sayıq olmağı, qarşıya qoyulmuş tapşırıqları vicdanla yerinə yetirməyi tövsiyə ediblər.

Hərbi qulluqçular təntənəli marşla tribunaların önündən keçiblər.




Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar