Rusiya Federasiyasında hərbi təhsil aldığı müddət ərzində, 2024-cü ilin may ayından Omsk şəhərində yerləşən Akademik N.N.Burdenko adına Baş Hərbi Klinik Hospitalda müalicə olunmuş kursant Quluzadə Elvin Eldəniz oğlu müalicəsini davam etdirmək üçün 19 iyul 2024-cü il tarixindən Türkiyə Respublikasının Ankara Universitetinin Tibb Fakültəsinin xəstəxanasında yerləşdirilmiş, lakin həkimlərin səyinə baxmayaraq fevralın 25-də qeyd olunan xəstəxanada kəskin leykemiya, reaktiv perikardit (qan xərçəngi) səbəbindən vəfat edib.
Bakupost.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, faktla bağlı araşdırma aparılır.
Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən kursantımızın ailəsinə, yaxınlarına başsağlığı verib.
*************
15:04
Naxçıvan şəhəri Heydər Əliyev adına Hərbi Liseyin məzunu, Rusiya Hərbi İnistitunun kursantı olmuş Elvin Quluzadə vəfat edib.
Bakupost.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat paylaşılıb.
Qeyd olunub ki, E.Quluzadə bu gün xərçəng xəstəliyindən dünyasını dəyişib.