Ru
13:28 / 13 Mart 2025

Azərbaycan Prezidentinin köməkçisi: “Ermənistan konstitusiyasını dəyişdirməlidir”

Azərbaycan Prezidentinin köməkçisi: “Ermənistan konstitusiyasını dəyişdirməlidir”
Eye

Ermənistan konstitusiyasında bəzi məqamlar dəyişdirilməlidir. Bu dəyişikliklərdən sonra regionda davamlı sülhü təmin etmək mümkün olacaqdır.

Bakupost.az xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O qeyd edib ki, Azərbaycan və Ermənistan arasındakı sülh təşəbbüsünün müəllifi Azərbaycan Respublikasıdır: “Sülh sazişi Azərbaycan tərəfindən Ermənistana təqdim olunub. Amma nəzərə almaq lazımdır ki, Ermənistanın 30 illik işğal dövründə Azərbaycan və insanlıq əleyhinə törətdiyi cinayətləri unutmaq mümkün deyildir. Cənab prezidentin bugünkü çıxışında da qeyd edildiyi kimi, Ermənistanda konstitusion əsasda Azərbaycana qarşı ərazi iddiaları hələ də mövcudluğunu qoruyur. Ermənistan konstitusiyasında bəzi məqamlar dəyişdirilməlidir. Ancaq bu dəyişikliklərdən sonra regionda davamlı sülhü təmin etmək mümkün olacaqdır. Nəzərə almaq lazımdır ki, münaqişələrin həllində konstitusiyasının dəyişdirilməsi birinci hal deyil. Bu xüsusda bir sıra presedentlər də var. Məsələn, götürək Böyük Britaniya ilə Şimali İrlandiya arasında 1998-ci ildə imzalanmış "Qutfray" sazişini. Həmin saziş əsasında İrlandiya Respublikası Şimali İrlandiya ilə əlaqədar olan məsələlərlə bağlı Konstitusiyasında dəyişikliklər etmişdir. Yəni bu, beynəlxalq münasibətlərdə təsbit olunmuş bir qaydadır".

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar