Ru
16:56 / 14 Mart 2025

Azərbaycan Suriyada bərpa işlərində iştirak edəcək? - RƏSMİ AÇIQLAMA

Azərbaycan Suriyada bərpa işlərində iştirak edəcək? - RƏSMİ AÇIQLAMA
Eye

Hələlik Suriyada bərpa işlərində iştirakla bağlı komitənin qarşısında məsələ qoyulmayıb.

Bakupost.az Trend-ə istinadən xəbər verir ki, bunu bu gün Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev XII Qlobal Bakı Forumu çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Amma əvvəlki dövrlərdə Türkiyədəki zəlzələdən sonra Azərbaycan dəstək göstərdi, maliyyə ayırdı və Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) xətti ilə bir məhəllə yenidən quruldu.

Bundan başqa, Ukraynada müəyyən bərpa ilə bağlı layihələr hazırlanır, hazırlanmaqdadır. Gələcəkdə zərurət olduqca, təbii ki, Azərbaycan tərəfdaş, dost ölkələrə dəstəyini göstərməyə, təcrübəsini bölüşməyə hazırdır", - o qeyd edib.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar