Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Berlinə səfəri çərçivəsində almaniyalı həmkarı Annalena Berbokla görüşüb.
Bakupost.az xəbər verir ki, bu barədə Azərbaycan XİN-in “X” hesabında paylaşım edilib.
Məlumata görə, nazirlər iki ölkə arasında əlaqələrin hazırkı vəziyyəti və gələcək perspektivləri, eləcə də digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.