Ru
09:12 / 28 Fevral 2025

Azərbaycan Yazıçılar Birliyində görüş

Azərbaycan Yazıçılar Birliyində görüş
Eye

Almaniyada fəaliyyət göstərən “Qürbətçi Türkmən Şair və Yazarlar Birliyi”nin, “Qürbət yanğısı” jurnalının təsisçisi türkmən şairi Burhan Yaralı Azərbaycan Yazıçılar Birliyinin sədri Anarla görüşüb.

Bakupost.az xəbər verir ki, görüş zamanı Anar müəllim Burhan Yaralı və jurnalın digər əməkdaşlarının Türk dünyası ədəbiyyatına xidmətlərini təqdir edib.

Tərəflər Azərbaycanın Xalq şairi Rəsul Rzanın hələ o zaman İraqa səfərindən sonra türkmənlər haqda yazdığı məqaləsindən söhbət açıblar. Qonaq “Qürbət yanğısı” jurnalının beş sayını Anar müəllimə təqdim edib.

Bundan sonra, Burhan bəy Azərbaycan Yazıçılar Birliyi sədrinin müavini, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidlə görüşüb.Söhbət zamanı türk dünyası ədəbiyyatı, yeni işgüzar münasibətlərin təşkilinin əhəmiyyəti müzakirə edilib.

Görüş Azərbaycan Yazıçılar Birliyində Multikultural məsələlər üzrə məsul şəxs, “Qürbət yanğısı” jurnalının Azərbaycan üzrə sorumlusu Xatirə Fərəclinin təşkilatçılığı ilə keçirilib.

Həmin görüşdən fotoları təqdim edirik:





Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar