Hansı bank etibarlıdır? - SORĞU
Ru
12:32 / 01 Avqust 2024

Azərbaycana pul göndərişində kəskin azalma: nə baş verir? - Açıqlama

3933
2024-cü ilin yanvar-iyun aylarında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 893.1 milyon manat vəsait daxil olub.


Azərbaycanda banklardan xaricə göndərilən vəsaitin həcmi isə 259.3 milyon manata bərabər olub. Azərbaycan Mərkəzi Bankı bildirib ki, ötən ilin yanvar-iyun aylarına nisbətən sürətli pul köçürmə sistemləri vasitəsi ilə banklara daxil olan vəsaitin həcmi 31.3 % və ya 406.8 milyon manat, banklardan xaricə köçürmələr isə 19% və ya 61 milyon manat azalıb. Ötən ilin birinci yarısında Azərbaycanda banklara sürətli pul köçürmə sistemləri vasitəsi ilə 1 milyard 299.9 milyon manat daxil olub. Banklardan xaricə göndərilən vəsaitin həcmi isə 320.3 milyon manat təşkil edib.

Bəs Azərbaycana daxil olan vəsaitlərin həcminin azalmasının səbəbi nədir?




Bakupost.az -ın sualını cavablandıran iqtisadçı Xalid Kərimli Azərbaycana göndərilən pulların böyük hissəsinin Rusiyadan daxil olduğunu bildirib.

Onun sözlərinə görə, Rusiyada müharibəylə əlaqədar qeyri-standart tədbirlər həyata keçirilib:

“2022-ci ildə rus şirkətlərini sıxışdırdılar, sanksiya tədbiq etdilər. Ona görə 2022-ci ildə Azərbaycana pul daxil oldu. Yəni daxil olmalarda artımlar məhz Rusiyadan Azərbaycana göndərişlərlə bağlı idi. Rusiyayla Azərbaycanın əlaqələri sıxdır. Həm də orda böyük sayda azərbaycanlılar rəsmi və qeyri-rəsmi şəkildə yaşayırlar. Bu proseslər - Rusiya şirkətlərinin adaptasiyası, sanksiyalardan yayınmalar bir qədər zaman aldı, rusşirkətləri və vətəndaşı buna öyrəndi. Ona görə də indi stabil vəziyyətə qayıdırlar. Digər tərəfdən, Azərbaycana Rusiyadan göndərilən göndərişlər əsasən, azərbaycanlıların ailələrinə göndərdikləri pullardan ibarətdir. Burada başqa bir məsələ yoxdur. Rusiyada iqtisadi artım, əməkhaqlarının artımı baş verir. Vəziyyət pisləşməyib ki, bunun da Azərbaycana təsiri olsun”.

Vasif Əlihüseyn
BakuPost
Şərhlər
  • İlgar

    Pulu Bakıya gondərəndən də komissiya pulu alınır, pulu alandan da komissiya tutulur. Ona görədə heç kim gondərmir

Bizi telegram-da izləyin
Bizi facebook-da izləyin
Bizi tiktok-da izləyin
Bizi youtube-da izləyin







Son xəbərlər
Çox oxunanlar