Ru
15:44 / 02 Mart 2024

Azərbaycanda 100 minə Qurani-Kərim kitabı satılır - Fotolar

Azərbaycanda 100 minə Qurani-Kərim kitabı satılır - Fotolar
Eye

Azərbaycanda Qurani-Kərim-in əlyazma kitabları satışa çıxarılıb.

Bakupost.az Lent.az-a istinadən xəbər verir ki, bu barədə elan saytlarının birində məlumat paylaşılıb. Məlumata əsasən, müqəddəs kitablar 1293-cü ildə Təbriz şəhərində dövrün məşhur xəttatı tərəfindən yazılıb. Kitablar Azərbaycan İncəsənət Muzeyinin ekspert rəyini alıb.

Əlyazmaların cildləri ceyran dərisindəndir. Kitablarda qədimi möhür və tarixləri sürmə ilə əks olunub.

Kitablar 100 min manata təklif olunur. Lakin bunun son qiymət olmadığı qeyd edilib.

Əlyazma Qurani-Kərim kitabları hazırda Bakı şəhərindədir.






Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar