Ru
12:09 / 11 Mart 2025

Azərbaycanda 15 yaşlı qızına qarşı əxlaqsız hərəkət edən 50 yaşlı ataya bu cəza verildi

Azərbaycanda 15 yaşlı qızına qarşı əxlaqsız hərəkət edən 50 yaşlı ataya bu cəza verildi
Eye

Şəkidə 15 yaşlı qızına qarşı əxlaqsız hərəkətlər edən ata hakim qarşısına çıxarılıb. O, içkili vəziyyətdə qızına qarşı əxlaqsız hərəkətlər edirmiş.

Bakupost.az Musavat.com-a istinadən xəbər verir ki, 1974-cü il təvəllüdlü A.Qarayev (ad şərtidir) 16 yaşına çatmayan qızına qarşı bir neçə dəfə əxlaqsız hərəkətlər edib. Onun sonuncu hərəkətindən arvadı xəbər tutub və bu barədə polisə məlumat verib.

A.Qarayev dindirilən zaman psixi problemlərinin olduğunu, bəzi hərəkətlərinin qarşısını ala bilmədiyini deyib.

Zərərçəkmiş qız ifadə verən zaman atasının içkili vəziyyətdə ona qarşı seksual xarakterli hərəkətlər etdiyini deyib. Bildirib ki, atasından şikayətçidir və ona qanunla nəzərdə tutulmuş cəza verilməsini tələb edir. Qızın anası da A.Qarayevə cəza verilməsini tələb edib.

Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 153.4.1-ci (On altı yaşına çatmayan şəxsə qarşı əxlaqsız hərəkətlər etmə, təkrar törədildikdə) maddəsi ilə ittiham edilən A.Qarayev 7 il müddətinə azadlıqdan məhrum edilib.

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar