Ru
11:12 / 14 Mart 2025

Azərbaycanda 154 bələdiyyə sədri məsuliyyətə cəlb edilib

Azərbaycanda 154 bələdiyyə sədri məsuliyyətə cəlb edilib
Eye

2024-cü ildə bələdiyyələr tərəfindən qanunsuz ayrılan 9.7 min hektar torpaq sahəsi geri qaytarılıb.

Bakupost.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2024-cü ildə fəaliyyəti haqqında hesabatında öz əksini tapıb.


Hesabat ilində 102 mindən çox bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirilib, onlardan 2,5 mindən çox akt ləğv edilib və ya dəyişdirilib, pozuntulara yol verən 103 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokollar məhkəmələrə, cinayət xarakterli 51 fakt üzrə materiallar isə istintaqa verilib.

Habelə qanun pozuntularından çəkindirmək məqsədilə 138 halda vəzifəli şəxslərə və vətəndaşlara rəsmi xəbərdarlıq edilib. Baş İdarənin əməliyyat qurumları tərəfindən 170 cinayət işi başlanılıb, keçirilmiş 42 əməliyyat-axtarış tədbiri nəticəsində korrupsiya cinayəti törədən 43 şəxs cinayət başında yaxalanıb, habelə axtarışda olan 8 nəfər saxlanılıb

Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar