Ru
13:32 / 21 Noyabr 2024

Azərbaycanda aliment artırılır

Azərbaycanda aliment artırılır
Eye

2025-cü ilin yanvarın 1-dən etibarən Azərbaycanda alimentin minimum məbləği 235 manatdan 246 manata qaldırılacaq.
Bakupost.az -ın məlumatına görə, məsələ Milli Məclisin Əmək və sosial siyasət kimitəsi ilə İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən birgə iclasında müzakirəyə çıxarılıb.

Bildirilib ki, “Azərbaycan Respublikasında 2025-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində yaşayış minimumu uşaqlar üçün 246 manat məbləğində müəyyən edilib. Bu həm də alimentin minimum məbləği deməkdir.


İqtisadiyyat Nazirliyinin şöbə müdiri Hüseyn Hüseynov iclasda qeyd edib ki, uşaqlar üçün yaşayış minimumunun 2028-ci ildə 275 manat olacağı proqnozlaşdırılır.

Qeyd edək ki,alimentin minimum məbləği 2023-cü ildə 220 manat, 2024-də 235 manat olub.

Şərhlər
Captcha
Telegram
Bizi telegram-da izləyin
Facebook
Bizi facebook-da izləyin
Tiktok
Bizi tiktok-da izləyin
Youtube
Bizi youtube-da izləyin
Son xəbərlər
Çox oxunanlar